Cəmiyyət

18 yaşlı Zəhranın əlil arabasına ehtiyacı var: Qucağımızda daşıya bilmirik – FOTO

Sharing is caring!


18 yaşlı Zəhranın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Fövqiyyə Ələsgərova məlumat verib.

O bildirilib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“Zəhranın 18 yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Doğulandan müalicələrini etdirsək də, hazırda bunu qarşılamağa imkanımız çatmır. Dərmanlarını içməyəndə ağrıları şiddətlənir, çox aqressivləşir, qışqırır. İnanın bir ana kimi çox əziyyət çəkirəm onu bu halda görəndə”

Fövqiyyə Ələsgərova Zəhranın əlil arabasına ehtiyacı olduğunu deyib.

“Zəhranın əvvəl əlil arabası olsa da, artıq o da qırılıb. 18 yaşı var, inanın qucağımda daşıya bilmirəm. Yeni əlil arabası almaq üçün isə imkanımız yoxdur. Hazırda Zəhranın həm müalicəsi, həm də araba alması üçün 3 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 586-98-12

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir