Cəmiyyət

Gəncədə mərmi izini xatırladan möhtəşəm memorial abidə yaradılır – VİDEO

Sharing is caring!


“Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Gəncə Memorial Kompleksinin yaxın zamanlarda tikintisinə başlanılacaq”.

Bunu jurnalistlərə açıqlamasında dövlət şəhərsalma və arxitektura komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, inşa ediləcək kompleks çərçivəsində şəhərin zərər dəymiş hissəsi abadlaşdırılacaq və əhalinin istirahəti üçün geniş park yaradılacaq:

“Kompleks dörd hektar torpaq sahəsini əhatə edəcək. Memorial abidə 12 metr dərinliyə qədər enməsi nəzərdə tutulmuş, yerə batırılmış mərmi izi təsəvvürü yaradacaq və minimalizm üslubunda olacaq. Muzey binasından başqa, raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub. Ərazidə həmçinin, üç ədəd giriş tağları, bir ədəd fəvvarə, mühəndis qurğuları olan bir ədəd qazanxana, bir ədəd transformator yarımstansiyası, bir ədəd yeraltı nasosxana, iki ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır”.

Qeyd edək ki, 17 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə, növbəti dəfə intensiv atəşə tutulub. Həmin raket zərbələri nəticəsində 13 nəfər həlak olub, 48 nəfər ağır xəsarət alıb.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir