Cəmiyyət

Hidrosefaliyadan əziyyət çəkən Onurun köməyə ehtiyacı var: Təcili əməliyyat olmalıdır – FOTO

Sharing is caring!


İki yaşlı Onurun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aydan Vəlizadə məlumat verib.

O bildirib ki, övladı anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir.

“Onurun iki yaşı var. Anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Bu günə kimi dörd dəfə əməliyyat keçirib. Doğulan gündən müalicələrini, əməliyyatlarını hamısını etmişik. Yenidən bir əməliyyat olmalıdır. Amma bunu qarşılamağa maddi gücümüz yoxdur. Dəyərli əşyalardan tutmuş, qızıllarıma qədər satmışam, inanın satmağa heç nəyim yoxdur”.

Aydan Vəlizadə övladının əməliyyatı üçün 6 000 manata ehtiyacları olduğunu deyib.

“Hazırda əməliyyat olmaq üçün 6 000 manata ehtiyacımız var. Yoldaşım taksi sürücüsüdür, özüm isə uşağın vəziyyətinə görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 553-57-48

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir