Dünya

Xüsusi düstur ABŞ seçkilərində kimin qalib gələcəyini proqnozlaşdırdı

Sharing is caring!


ABŞ-də tarixçi Allan Lixtman tərəfindən hazırlanmış xüsusi düstur 1984-cü ildən bəri demək olar ki, hər bir seçkisinin nəticələrini düzgün proqnozlaşdırıb.

Bu dəfə o, Ağ Evin hazırkı rəhbəri Co Baydenin qələbəsini proqnozlaşdırıb.

Lixtmanın “Ağ Evin açarları” kitabı 13 doğru və ya yanlış suala əsaslanır. Bu cavablar builki prezidentlik yarışında kimin qalib gələcəyi ilə bağlı yekun rəy yaradır. Namizədlər üçün əsas göstəricilər partiyanın mandatı, hazırkı mövqeyi, sosial narazılıqlar, siyasətçi ilə bağlı qalmaqallar, xarici və ya hərbi uğursuzluqlar və nailiyyətlərdir.

Tarixçi qeyd edib ki, hazırda Bayden bu siyahıda artıq beş xal toplayıb, Trampda isə bunlardan yalnız üçü var. Nəticədə kimin yeni dövlət başçısı olacağını müəyyənləşdirəcək daha beş “açar” qalıb.

Mənbə: The New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir