Cəmiyyət

Xırda ticarətin böyük dərdi: Piyadalar haradan keçsinlər? – FOTO

Sharing is caring!


Son zamanlar küçə ticarəti ilə məşğul olanlar səkiləri zəbt ediblər. 

Belə ki, ticarətçilər satdıqları malları səkinin üzərinə qoyurlar. Nəticədə piyadalar rahat hərəkət edə bilmir və əziyyət çəkirlər.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhərində səkilərin vəziyyəti bərbaddır:

“Bir çox yerdə səki yoxdur, zəbt olunub və ya baryerlər yaradılıb. Bu da fiziki cəhətdən sağlam olan insanların hərəkətlərini məhdudlaşdırır. Nəzərə almaq lazımdır ki, paytaxtda azhərəkətli insanlar – əlillər, yaşlılar və uşaqlı çoxdur. Səkilərin belə vəziyyəti dözülməzdir. Təxirə salınmadan tədbirlər görülməlidir. Qanunda səkilərin ümumi parametrlərinə fərqli bəndlər əlavə edilməli, sərt tələblər qoyulmalıdır”.

Ekspert əlavə edib ki, səkinin hərəkət edən hissəsi tranzit zona olmalı və heç bir maneə qoyulmamalıdır:

“Kənarında ağac, yol nişanı, elektrik enerjisi dirəyi ola bilər. Amma bunlar həmin zonaya maneə yaratmamalıdır. Küçədə köşk qoyulan zaman parametrlərinə baxılmalıdır. Məsələn, köşk qoyulur və əlavə soyuducular yerləşdirilir ki, bu da yolu iflic edir. Köşklər qoyanda nəzarət edilməlidir. Küçə ticarətini insanların yolunu kəsməklə təşkil etmək olmaz.

Bakının bütün küçələrində səkilər təftiş olunmalı, maneələr aradan qaldırılmalıdır. Eynisəviyyəli keçidlər təşkil edilməlidir. İnsanlar küçədə 250-300 metrdən bir eyni səviyyəli “zebr” keçidi varsa, oradan keçəcək. Əgər maneə varsa, insan keçmək üçün qısa yol tapacaq və xaotik hal ortaya çıxacaq. Burada qəza baş verəndə piyadanı günahlandırmaq olmaz”.

R. Ağamirzəyev qeyd edib ki, məsələnin həlli üçün ilkin olaraq piyada infrastrukturunu təftiş etmək lazımdır:

“Bakıda 2000-ə yaxın avtobus dayanacağı onlardan 1236 pavilyon tipindədir. 27 metro və Abşeron dairəvi dəmiryolu 14 stansiyalarına gələn səkilər bərbad vəziyyətdədir. Bu dayanacaqlara gedən səkilərimiz hamısı əl çatandırmı? Təbii ki, yox. Səki baryersiz olmalı və keçiddə qabarıq edilməlidir. Bu, sürəti azaldan həllərdir. Avtomobil sürücüləri bu sahələrdən keçəndə sürəti azaltmağa məcbur olurlar”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir