MARAQLI

Alimlərdən nadir astronomik hadisə barədə xəbərdarlıq

Sharing is caring!

Rays Universitetinin (ABŞ) astronomları 21 dekabrda günəş batandan sonra gecə səmasında Yupiter və Saturnun bir-birlərinə maksimum məsafədə yaxınlaşacağını hesablayıblar.

Bu barədə Phys.org məlumat verir.

Tədqiqatçılardan biri Patrik Hartiqanın dediyinə görə, bu planetlər arasındakı yaxınlaşma təxminən 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birlərinin bu qədər yaxınlığından keçməyiblər.

“Gecə səmada görünən bu obyektlərin daha yaxın mövqeyini izləmək üçün 4 mart, 1226-cı ilin sübh vaxtına qayıtmalı olacaqsınız”, – deyə qeyd olunur.

Bildirilir ki, hava şəraiti imkan verərsə, bu qeyri-adi hadisə Yerin hər tərəfindən müşahidə oluna bilər, lakin bunun üçün ən münasibi ekvatora yaxın yerlər olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir