Cəmiyyət

Dənizdə batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas edildi

Sharing is caring!


Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində, “Şirvan”, “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir