Cəmiyyət

Tanınmış aparıcı yeni vəzifəyə təyin olundu

Sharing is caring!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçmiş mətbuat katibi, televiziya aparıcısı Aysel Fərziyeva “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Oxu.Az xəbər verir ki, bunu o, sosial şəbəkədə yazıb.

Bundan öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A.Fərziyeva 2018-ci ildən AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.

Qeyd edək ki, A.Fərziyeva “Lider”, ATV “ARB 24” və “Real” televiziyalarında işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir