Siyasət

Amerikalı aktivist: “Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarına hörmətlə yanaşır”

Sharing is caring!


“Azərbaycan çoxmillətli ölkədir, Qarabağda yaşayan ermənilərin insan hüquqlarına və təhlükəsizliyinə hörmətlə yanaşılır”.

“Report” xəbər verir ki, bunu Vaşinqton Universitetinin Hüquq fakültəsinin əməkdaşı, aktivist Məryəm Daneş deyib.

O, beynəlxalq QHT-ləri təmsil edən nümayəndələrlə birlikdə Ermənistanın bu cür hərəkətlərinə etiraz bəyanatına imza atıb.

“Mən Ermənistan hökumətinin yaratdığı maneələrdən narahat olduğumu bildirmək istəyirəm və biz Ermənistanın siyasi iddialarını rədd edirik”, – M.Daneş deyib.

Aktivist əlavə edib ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində səylərini dəstəkləyir.

Onun sözlərinə görə, tibbi evakuasiya üçün istifadə olunan Laçın yolu ilə bağlı spekulyasiya etməyə və siyasi manipulyasiyalara əl atmağa çalışan ermənilərin iddiaları tamamilə əsassızdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir