Cəmiyyət

Bərdə sakini təmir etdiyi təkərin partlaması nəticəsində ölüb

Sharing is caring!


Bərdə rayon sakini sexdə təmir etdiyi təkərin partlaması nəticəsində ölüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hadisə avqustun 1-də saat 18 radələrində baş verib.

1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir