Cəmiyyət

Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir

Sharing is caring!


AZAL QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin yanğın bölmələri və xilasetmə dəstələri Heydər Əliyev Beynəlxalq Aeroportunun müxtəlif obyektlərində, o cümlədən uçuş-enmə zolağında, aerovağzal kompleksində, yanacaq-sürtkü materialları anbarında, aeronaviqasiya qurğularında və təyyarə anqarında şərti yanğınsöndürmə və xilasetmə işləri aparırlar.

AZAL-dan verilən məlumata görə, təlimlərin məqsədi artan mürəkkəblik şəraitində yanğının söndürülməsi və sərnişinlərin xilas edilməsi üçün yanğın bölmələrinin və xilasetmə qruplarının hazırlıq səviyyəsini, yanğın su təchizatı mənbələrinin istismara yararlılığını yoxlamaqdır. 

Yanğınsöndürmə briqadaları və xilasedicilər vəziyyəti səriştəli şəkildə qiymətləndirməli, yanğının miqyasını minimuma endirməklə simulyasiya edilmiş fövqəladə halın ağırlaşmasının qarşısını almalı, sonradan təxliyə və ilkin tibbi yardım göstərməklə zərərçəkənlərin axtarışını vaxtında təşkil etməlidir. 

Kompleks təhlükəsizlik tədbirləri çərçivəsində bu cür təlimlər mütəmadi olaraq keçirilir və hava limanının əməkdaşlarının fövqəladə hallara hazırlanmasının mühüm tərkib hissəsidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir