Dünya

Yazıçı Milan Kundera vəfat edib

Sharing is caring!


Dünyaca məşhur çex və fransız yazıçısı Milan Kundera 94 yaşında vəfat edib.

Kundera “Mövcudluğun dözülməz yüngüllüyü”, “Zarafat”, “Əlvida valsı”, “Gülüş və yaddaş kitabı”, “Ölməzlik”, “Arxayınlıq” romanlarının, onlarla hekayə, pyes və esselərin müəllifidir.

Kundera 1975-ci ildə Fransaya gedib, dörd ildən sonra Çexoslovakiya vətəndaşlığından məhrum edilib.

1980-ci illərin ortalarından Kundera tərki-dünya həyat tərzi sürməyə və fransızca yazmağa başlayıb. Kitablarının çex dilinə tərcüməsini qadağan edən yazıçı Çexoslovakiya dağılandan sonra vaxtaşırı gizli vətəninə gedirmiş.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir