İdman

“Neftçi”nin futbolçusu: “Etdiyim hərəkətə görə üzr istəyirəm”

Sharing is caring!


“Neftçi-2”nin futbolçusu Rüfət Abbasov Əvəzedicilər Liqasının III turunda “Sabah-2” ilə keçirilən oyunun son dəqiqələrində rəqibi təpiklə vurduğu üçün peşman olduğunu etiraf edib.

Klubun rəsmi saytına açıqlama verən 18 yaşlı müdafiəçi hərəkətinə görə üzrxahlıq edib.

O, bunun bir daha təkrarlanmayacağını söyləyib: “Etdiyim hərəkət peşəkar futbolçuya yaraşmır, bunu anlayıram. Matçın son dəqiqələri idi, məğlub olurduq, üstəlik, oyunum da alınmırdı. Bu səbəbdən gərgin idim və həmin an əsəblərimi cilovlaya bilmədim. Bütün komanda yoldaşlarımdan, məşqçi heyətimizdən, rəqib komandadan və şəxsən Səbuhi Qurbanovdan etdiyim hərəkətə görə üzr istəyirəm. Matçdan sonra Səbuhi ilə görüşdüm və üzrxahlığımı bildirdim. “Neftçi”nin əsas heyətinə dəvət olunan futbolçunun bu cür hərəkətə yol verməməli olduğunu başa düşürəm. Gələcəkdə belə halların bir daha təkrarlanmamasına çalışacağam”.

Qeyd edək ki, “Sabah-2”nin 1:0 hesabı ilə qalib gəldiyi görüşün 90+4-cü dəqiqəsində rəqibin futbolçusu Səbuhi Qurbanova qəsdən zərbə vuran Rüfət Abbasov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir