Cəmiyyət

Anada südün kəsilməsi nə ilə bağlıdır? – AÇIQLAMA

Sharing is caring!


Kəsilən ana südünü bərpa etmək müddətdən və kəsilmə səbəbindən asılıdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva nazirliyin rəsmi “Instagram” səhifəsində ana südü ilə bağlı məlumat verərkən deyib.

O bildirib ki, ana südü bir-iki aydan çox olmamaq şərti ilə kəsilibsə, uşaq süni qida ilə qidalanırsa, bunun səbəbləri araşdırılmalıdır: 

“Bu səbəblər araşdırılmadan söz demək çətindir. Lakin ümumi olaraq bir neçə istiqaməti deyə bilərəm. Çox nadir hallarda ana südünün kəsilməsi kəllə beyin travması ilə bağlı ola bilər, eyni zamanda beyin mənşəli hər hansı digər problemlər də laktasiya prosesini poza bilir. Bu da ana südünün kəsilməsinə gətirib çıxarır. Belə hallarda ana südünün bərpası mümkün olmur. Əgər ana hər hansı dərman qəbul edir və bunu gizlədirsə, uşağa uzun müddət süd vermirsə, bunu bərpa etmək olmur.

Amma 90 faiz anada südün kəsilməsi anaların özündən asılı olur. Yəni beyin mənşəli xəstəlikdən qaynaqlanan problem yoxdursa, süni və anadan qaynaqlanan problemdirsə, bunu bərpa etmək olar. Məsləhət edərdim ki, analar gecə vaxtı uşaqlara iki-üç dəfə süd versinlər. Çünki gecə vaxtı süd daha tez sintez olunur və uşaq daha yaxşı doyur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir