İdman

Mbappe PSJ-dən ayrılmaq istəyir

Sharing is caring!

“Paris Saint-Germain” klubunun hücumçusu Kilian Mbappe 2023-cü ilin qış transfer pəncərəsində Paris klubunu tərk etmək qərarına gəlib.

Məlumata görə, hücumçu Paris klubu ilə yeni müqavilə imzalayarkən klubun təzyiqinə boyun əyərək səhv etdiyini etiraf edib.

O, artıq rəhbərliklə danışıb və sərbəst buraxılmasını istəyib.

Qeyd olunur ki, PSJ buna yalnız bir şərtlə getməyə hazırdır – K.Mbappenin gedəcəyi növbəti klub “Real” (Madrid) olmayacaq.

Bildirilir ki, hazırda fransalı üçün yeganə variant “Liverpul”dur. Klub artıq 2022-ci ildə hücumçu ilə müqavilə bağlamağa çalışıb.

Qeyd edək ki, mayın 21-də K.Mbappenin PSJ ilə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzaladığı məlum olub. Onun Fransada məvacibi ildə 40 milyon avrodur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir