Dünya

Yaponiyanın Baş naziri hakim partiyadakı fraksiyanı buraxmaq istəyir

Sharing is caring!


Yaponiyanın Baş naziri Fumio Kişida 2023-cü ilin dekabrına qədər rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqal fonunda fraksiyanı buraxmaq niyyətindədir.

“Mən ləğvetmə imkanlarını araşdırıram. Əgər onun həyata keçirilməsi əhalinin siyasətə inamını bərpa edəcəksə, biz bu variantı nəzərdən keçirməliyik”, – deyə Kişida bildirib.

Qeyd edək ki, Kişidanın bunu etmək niyyəti digər LDP fraksiyalarının da dağılmasına səbəb ola bilər.

Kyodo agentliyinin məlumatına görə, qalmaqalla bağlı Yaponiya prokurorları LDP-nin keçmiş baş katibi Toşihiro Nikainin daxili partiya qrupunun sabiq mühasibinə, eləcə də təşkilatın cari mühasibinə qarşı maliyyə hesabatlarının pozulmasına görə iş açmağa hazırlaşır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir