Siyasət

Rumıniyalı politoloq: “Azərbaycan Qara dənizdən Yaxın Şərqə qədər vacib regional oyunçudur”

Sharing is caring!


“Azərbaycan Qara dənizdən Yaxın Şərqə qədər vacib regional oyunçudur. Bakı ilə Buxarest arasında enerji sahəsində mühüm regional layihələrin həyata keçirilməsi isə ölkələr arasında əlaqələrin inkişafına töhfə verir”.

“Report” xəbər verir ki, bunu rumıniyalı politoloq Mixay İsak deyib.

O qeyd edib ki, söhbət ilk növbədə Xəzər regionundan Avropaya yaşıl enerjinin tədarükünün nəzərdə tutulduğu layihənin həyata keçirilməsi planlarından gedir:

“Bu layihədə Azərbaycan və Rumıniya ilə yanaşı, Gürcüstanla Macarıstan da iştirak edirlər”.

Onun sözlərinə görə, Rumıniya uzun illərdir ki, Bakı ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışır:

“Rumıniyanın bir çox rəsmi şəxsləri belə əməkdaşlığı iqtisadi, sosial, siyasi və mədəni sahələrdə genişləndirmək istəyirlər”.

Politoloq əlavə edib ki, Rumıniya Azərbaycandan daha çox investisiya cəlb etməyə ümid edir və Bakını Mərkəzi Asiyaya giriş qapısı hesab edir:

“Rumıniya ilə Azərbaycan arasında heç bir problem yoxdur və bizim Türkiyə, İsrail kimi ortaq geosiyasi dostlarımız var. Bakı Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında münasibətlərdə, o cümlədən enerji sektorunda da həlledici rol oynaya bilər”.

Ekspert qeyd edib ki, Azərbaycana həm də əksəriyyəti NATO-nun üzvü olan Aİ ölkələri ilə yaxşı münasibətlər lazımdır:

“Bakı-Ankara strateji tərəfdaşlığı Aİ-nin diplomatik dairələrində yaxşı araşdırılıb. Bu, Azərbaycanın Qara dənizdən Yaxın Şərqə və Mərkəzi Asiyaya qədər mühüm regional oyunçu olmasının sübutudur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir