İqtisadiyyat

Bakıda Çin məhsulları yarmarkası açılıb – FOTO

Sharing is caring!

Bakıda Çin məhsulları yarmarkasının açılışı olub.

“Report” xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi açılışda iştirak edib.

O deyib ki, Çinin istehsalat sahəsi Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət töhfə verəcək, ölkələr arasında əməkdaşlığı gücləndirəcək.

Onu sözlərinə görə, bu yarmarka ilk dəfə keçirilir:

“Burada bir sıra Çin şirkətlərinin nümayəndələri məhsullarını təqdim edirlər ki, bu da onların Azərbaycan ilə əməkdaşlıq etmək istəyini göstərir”.

Ma Çi vurğulayıb ki, Çin iqtisadiyyatı böyük inkişafa nail olub və uzun illərdir dünya iqtisadiyyatında liderdir.

PhotoStock.az sözügedən yarmarkadan fotoreportaj hazırlayıb.

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir