Cəmiyyət

Bakıda kişi bacısını yumruqla öldürdü

Sharing is caring!


Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Məlahət Vaqif qızı Əfəndiyevanın yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Azər Vaqif oğlu Əfəndiyev polisə gələrək təslim olub. O saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir