Cəmiyyət

Zəli təsərrüfatı ilə öz biznesini quran 72 yaşlı Oğuz sakini – VİDEO

Sharing is caring!


“72 yaşım var, iynə, dərman nədir bilmirəm”.

Bu sözləri 10 ildən çoxdur ki, zəliçilik təsərrüfatı ilə məşğul olan Oğuz rayon sakini Fəxrəddin Mustafayev deyib.

Onun sözlərinə görə, zəlilərin müalicə etmədiyi xəstəlik yoxdur. Amma hər bir müalicə sistemində olduğu kimi, burada da əməl olunması vacib qaydalar var:

“Hər çəkiyə görə bir zəlidən istifadə etmək lazımdır. Məsələn, əgər insanın çəkisi 50 kiloqramdırsa, bədənə 50 zəli qoyulmalıdır”.

Qeyd edək ki, qiyməti 20 qəpiklə iki manat arasında dəyişən zəliləri almaq üçün həkimlər də Fəxrəddin bəyə üz tuturlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir