Cəmiyyət

İki övladı da xəstə olan ana fəryad edir: “Xəstəliklərinə görə ataları atıb gedib”

Sharing is caring!


“İki xəstə övladım, Ayan və Nadir Əzizovların sağalması üçün sizin dəstəyinizə ehtiyacı var”.

Bu barədə Oxu.Az vasitəsi ilə uşaqların anası Nəzrin Əliyeva çağırış edib.

O bildirib ki, övladları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

“Nadirin altı yaşı var. O, anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Demək olar ki, doğulduğu gündən müalicə edirik. Ayan isə anadangəlmə şəkərli diabet xəstəsidir”.

Nəzrin Əliyeva bildirib ki, övladlarının müalicəsi üçün dəstəyə ehtiyacı var.

“Yoldaşım artıq bir ildir ki, işləmək bəhanəsi ilə çıxıb gedib. Getdiyi gündən nə bir dəfə əlaqə saxlayıb, nə də pul göndərib. Məcbur gəlmişəm anamın evinə. Uşaqların xəstəliyinə görə də işləyə bilmirəm. Atam yoxdur, tək anam işləyir. Diabet xəstələri üçün olan xüsusi qidalar çox bahadır, inanın, çox əziyyət çəkirəm.

Uşaqların müalicəsi üçün hazırda 500 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 656-23-98

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir