Cəmiyyət

Nazirlik maaşları ödəmir: “Məzuniyyət pulu da Maliyyə Nazirliyi tərəfindən ödənilməyib”

Sharing is caring!


Akademik Milli Dram Teatrının aktyorları məzuniyyət pullarını ala bilmirlər.

Bu barədə teatrın aktyoru, Xalq artisti Ramiz Məlik məlumat verib. 

O, teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını vurğulayb: 

“Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur, bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”. 

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxlanılıb. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Qaynarinfo.az-a bildirib ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir