Cəmiyyət

Azərbaycanda 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb

Sharing is caring!


İyulun 26 və 27-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Qax və Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.

Bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan məntəqələr barədə inzibati protokol tərtib edilib.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir