Cəmiyyət

Kəlbəcərdə qəzada həlak olan hərbçiyə şəhid statusu verildi

Sharing is caring!


Bir neçə gün öncə Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Emin Eldəniz oğlu Əliyevə “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.

Xatırladaq ki, iyulun 23-ü Kəlbəcər rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus MAZ markalı avtomobil aşıb. Qəza nəticəsində baş əsgər Emin Eldəniz oğlu Əliyev vəfat edib, leytenant Əli İlyas oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir