Cəmiyyət

Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Sharing is caring!


Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, daxil olan vətəndaş müraciəti əsasında agentlik əməkdaşları Lerik şəhəri Nizami küçəsində fəaliyyət göstərən fiziki şəxs Raqib Rəhim oğlu Bağırova məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparıblar.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, tullantı qablarının qapağının açıq şəkildə saxlanıldığı, qida məhsullarının hazırlanması üçün içməli su ilə təmin olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir