Cəmiyyət

Bakıda dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxslə bağlı QƏRAR

Sharing is caring!


Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Orxan Nazim oğlu Məhərrəmov dayısı Amil Famil oğlu Əliyevin 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir