Cəmiyyət

Qazaxda qəza: Sürücü yolu keçmək istəyən 10 yaşlı oğlanı vurdu

Sharing is caring!

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb.

Hərəktədə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 10 yaşlı oğlanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər qəza rayonun Dəmirçilər kəndində baş verib. Hərəkətdə olan VAZ-2106 ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 1979-cu ildə anadan olmuş Elməddin Xəlilov xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir