Dünya

Ruanda qoşunları Konqoya daxil oldular: Müharibə başlayır? – FOTO

Sharing is caring!


Ruanda qoşunları Konqo Demokratik Respublikası ilə sərhədi keçərək ölkə ərazisinə daxil olublar.

Bu barədə Konqo Silahlı Qüvvələri Komandanlığı məlumat verib. 

Məlumatda Ruanda bölmələrinin Konqo təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum etdikləri iddia olunub. Sərhədi keçən hərbçilərin sayı açıqlanmayıb, həmçinin toqquşmalar zamanı mümkün itkilər barədə də məlumat verilməyib.

Konqo ordusunun məlumatına görə, hücum dəf edilib. Uğursuz hücumdan sonra ruandalılar sərhəddən geri çəkiliblər.

Konqo Demokratik Respublikası xəbərdarlıq edib ki, təxribatlar təkrarlanarsa, vəziyyət nəzarətdən çıxa və iki ölkə arasında genişmiqyaslı silahlı münaqişəyə çevrilə bilər.

Xatırladaq ki, iki qonşu ölkə arasında münasibətlər 2021-ci ilin yanvarında, “23 mart hərəkatı” üsyançı qruplaşması Konqonun şərqində aktiv döyüşlərə başladığı zaman kəskinləşib. Konqo hakimiyyəti Ruandanı bu üsyançıları dəstəkləməkdə ittiham edir.

Mənbə: TASS, RBC.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir