Cəmiyyət

Dənizdə batan 10 yaşlı Səidin dəfnində insident: “Məni öldürəcəyini dedi”

Sharing is caring!


Ələt qəsəbə qəbiristanlığında insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəsəbə sakini, 1982-ci il təvəllüdlü Niyyət Cəfərov həmyerlisi, 1976-cı il təvəllüdlü Tehran Şükürovun onu odlu silah tətbiq etməklə ölümlə hədələdiyini bildirib. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən şəxs T.Şükürov barəsində tədbir görülməsini xahiş edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, T.Şükürovun oğlu Səid Şükürov iyulun 20-də Ələtdə dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib və Ələt qəsəbə qəbiristanlığında dəfn edilib.

Dəfn zamanı mərhum Səid Şükürovun atası ilə Niyyət Cəfərov arasında münaqişə yaranıb.

Hazırda polis tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir