Cəmiyyət

Utilizasiyaya verilən avtomobilə görə güzəşt məbləği və birdəfəlik ödənişin həcmi müəyyənləşdiriləcək

Sharing is caring!


Utilizasiyaya verilən avtomobilə görə güzəşt məbləği və birdəfəlik ödənişin həcmi müəyyənləşdiriləcək.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabineti üç ay müddətində “Tullantılar haqqında” qanunun 14-1-ci maddəsinin dördüncü hissəsinə və səkkizinci hissəsinin ikinci cümləsinə, 14-8-ci maddəsinin yeddinci hissəsinə uyğun olaraq, utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmini təsdiqləyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir