Cəmiyyət

Yasamalda yaşayış binasında yanğın olub – FOTO

Sharing is caring!


Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında, 3-cü mərtəbədəki mənzildə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb ediliblər. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Sakinlər təxliyə ediliblər. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir