Cəmiyyət

Sahib Məmmədov: “Rebuild Karabakh” özəl-dövlət tərəfdaşlığı çərçivəsində çox vacib platformadır”

Sharing is caring!

“Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi özəl-dövlət tərəfdaşlığı çərçivəsində çox vacib platformalardan biridir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakı Ekspo Mərkəzində sərgi haqqında məlumat verərkən bildirib.

“Bu platforma çərçivəsində yerli və xarici şirkətlər iştirak edərək öz istehsal etdikləri məhsulları, göstərdikləri xidmətləri təqdim edirlər. Yerli və xarici şirkətlər bir araya gələrək birgə layihələrin icrasında fəal iştirak edirlər. Sözsüz ki, fərdi layihələrin olması da mümkündür”, – S.Məmmədov əlavə edib.

Nazir müavini bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində beynəlxalq standartlara uyğun yüksək səviyyədə yenidənqurma, quruculuq işləri həyata keçirilməsindən bəhs edərkən qeyd edib ki, məhz bu dövrdə bu cür sərginin keçirilməsi Qarabağın inkişafına, bu bölgənin iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyasına öz töhfəsini verməkdədir:

“Bugünkü sərgidə 17 ölkədən 300-dən artıq şirkət iştirak edir. Bu da ölkədəki uğurlu biznes mühitinin tərənnümüdür. Xarici şirkətlərin iştirakı onların Azərbaycandakı layihələrə maraqlı olduqlarının sübutudur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir