Cəmiyyət

Həftəsonu dincəlmək istəyənlərə bəd xəbər: Külək yenidən güclənəcək

Sharing is caring!


“Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli və yağışlı keçib”.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bəzi yerlərdə yağışlar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm qeydə alınıb. Bəzi bölgələrdə şimal-qərb küləyi 18-22, Bakıda və Abşeron yarımadasında isə 28-30 m/saniyəyədək güclənib. Müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

İyulun 27-dən 29-dək ölkə ərazisində hava şəraitinin sabit, əksər rayonlarda, əsasən, yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Həftəsonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir