Dünya

Azərbaycan axtarış-xilasetmə qrupunun komandiri Prezident Ərdoğanla görüşü barədə danışıb – VİDEO

Sharing is caring!

Kahramanmaraşda dağıntılar altından 53 nəfəri xilas edən Azərbaycan axtarış-xilasetmə qrupunun komandiri, general-mayor Məhərrəm Həsənov Ərdoğanla görüşü barədə “TRT Haber”ə danışıb.

O bildirib ki, prezidentin səfəri onlarda ruh yüksəkliyi yaradıb.

“Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgəyə səfəri zamanı bütün komandalarla görüşərkən Azərbaycan komandasının yanında dayandı və bizə xüsusi diqqət yetirdi, işimizlə maraqlandı. Bunların hamısını prezidentimizə çatdırdım”, – deyə general bildirib.

Polkovnik Rəşad Nəsirov bildirib ki, 114 nəfərdən ibarət axtarış-xilasetmə qrupu dağıntılar altında sağ qalan bir şəxsə çatanda sevincdən ağlayıb.

“Komanda olaraq 3 gün yatmadıq, hər zaman can qurtarmağa çalışdıq. Dağıntılar üzərində işlərimizi hər gün daha da həvəslə davam etdirirdik. Səbəb də eyni millət, eyni ruh olmağımızdır. Bizim şairin dediyi kimi, bir bədəndə iki can, Türkiyə və Azərbaycan olduğumuz üçün millət bizə qucaq açdı”, – polkovnik vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın axtarış-xilasetmə qrupu işlər başa çatana qədər zəlzələ zonasında qalacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir