Cəmiyyət

Peyvənd olunmayan uşaqlar bir çox xəstəlikləri ağır keçirirlər – VİDEO

Sharing is caring!


“Peyvənd olunmayan uşaqlar müəyyən epidemiya dövrləri ərzində bir sıra yoluxucu xəstəliklərlə üz-üzə qalırlar”.

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən hazırlanan maarifləndirici videoçarxda sahə həkimi Aygün Cəfərli bildirib.

Peyvənd olunan və olunmayan uşaqlar arasında fərqlərdən danışan həkim qeyd edib ki, uşaqlar doğulandan 12 saat müddətində və 6 yaşınadək mütəmadi olaraq immunizasiya olunurlar: 

”Peyvənd vasitəsilə biz uşaqlarda aktiv immuniteti əmələ gətiririk. Müəyyən qrup uşaqlar var ki, onlar vaxtlı-vaxtında peyvənd olunurlar. Onlarda həmin xəstəliklərə qarşı aktiv immunitet əmələ gəlir. Həmin uşaqların  yoluxucu xəstəliklərə tutulma riski, demək olar ki, olmur. Yaz, payız aylarında, müəyyən dönəmlərdə uşaqlar yoluxucu xəstəliklər epidemiyası altında olarsa, həmin dövrlərdə infeksiyaları daha yüngül keçirirlər. Bəzi hallarda isə uşaqlar həmin yoluxucu xəstəliklərə tutulmurlar.

Müəyyən qrup uşaqlar da var ki, onlar peyvənd olunmurlar və müəyyən epidemiya dövrləri ərzində bu xəstəliklərlə üzbəüz qalırlar. Təbii ki, bu, uşaqların valideynlərinin peyvənddən imtinaları ilə əlaqədardır. Belə ki, bu uşaqlar yoluxucu xəstəlikləri ağır keçirirlər və hətta bu, ölümə də səbəb ola bilər. Ona görə də hər bir valideyn mütləq şəkildə anlamalıdır ki, övladını vaxtlı-vaxtında, zəncirvari immuniteti qırmamaq şərti ilə immunizasiya etsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir