Dünya

İsrail ordusu Qəzza zolağında 200-dən çox hədəfin məhv edildiyini bildirib

Sharing is caring!


Cümə günü səhər HƏMAS humanitar fasiləni pozandan bəri İsrail Müdafiə Ordusu (SAXAL) Fələstin anklavında 200 radikal hərbi obyektə zərbələr endirib.

Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

“HƏMAS humanitar pauzanın şərtlərini pozduqdan sonra Qəzza zolağında hərbi əməliyyatlar bərpa olunub; 07:00-dan (Bakı vaxtı ilə 10:00 – red.) SAXAL Qəzza zolağında terrorçuların 200-dən çox hədəfini vurub. HƏMAS əməliyyat fasiləsini pozduqdan sonra son bir neçə saat ərzində SAXAL quru, hava və dəniz qüvvələri Qəzza zolağının şimalında və cənubunda, Xan Yunis və Rəfah da daxil olmaqla terrorçuların hədəflərinə zərbələr endirib”, – deyə məlumatda bildirilir.

Həmçinin Mətbuat Xidməti əlavə edib ki, SAXAL minalanmış ərazilərə, terrorçuların tunellərinin şaxtarına, raket buraxılış məntəqələrinə və HƏMAS-ın yeni döyüşlərdə istifadə üçün hazırladığı əməliyyat komandanlıq mərkəzlərinə zərbələr endirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir