Cəmiyyət

Polis meşədə azan Qusar sakinini xilas etdi

Sharing is caring!


Qusarda meşədə itən kişi polis əməkdaşları tərəfindən tapılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, psixi problemləri olan 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir