Cəmiyyət

Gədəbəydə dörd gün əvvəl qəzada xəsarət alan şəxs ölüb

Sharing is caring!


Gədəbəydə qəzada xəsarət alan şəxs bir neçə gün sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs rayonun Arıxdam kənd sakini, 1981-ci il təvəllüdlü Alim Qurbanovdur.

Qeyd edək ki, hadisə iyulun 21-də rayonun Söyüdü kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını yoldan çıxaraq maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir