Cəmiyyət

Azərbaycanda tragikomik protokol: Ayrı nömrə, fərqli avtomobil və əlacsız vətəndaş – VİDEO

Sharing is caring!


Şəki rayonunun Baş Zəyzid kəndində traktor sürücüsü olan Etibar İbrahimovun ünvanına sürət həddini aşma səbəbindən yanlış cərimə protokolu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, protokolda traktor deyil, başqa avtomobil qeyd edilib.   

Protokolda minik avtomobilinin cərimələdiyi, mikroavtobusun fotosunun verildiyi, maşının sahibi kimi isə Şəkinin Baş Zəyzid kəndindən olan Etibar İbrahimovun göstərildiyi bildirilib.

56 yaşlı Etibar İbrahimov evə gədikdə ona DYP-dən cərimə protokolu gəldiyini deyiblər.

Əvvəlcə tarladan işdən gələn zaman hansısa xəta etdiyini düşünsə də, protokolu oxuyarkən cərimənin minik avtomobilinə tərtib olunduğunu görüb. Bəlkə də oxşar nömrə olduğunu düşünərək şəklə baxıb və şəkildə 10-XC-835 dövlət nömrə nişanlı, Lənkəranın bir kəndinə işləyən mikroavtobus olduğunu görüb.

Hazırda əkin-biçin mövsümü olduğu üçün işlərinin qızğın vaxtı olduğunu bildirən sürücü nə addım atacağını bilmədiyini qeyd edib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir