Cəmiyyət

Xətaidə qanunsuz çıxarılan ağaclar yenidən torpağa basdırıldı – FOTO

Sharing is caring!


Sosial şəbəkələrdə Xətai rayonunda bina tikmək üçün axşamlar ərazidəki ağacların çıxarılması ilə bağlı iddialar yayılıb. İddialarda ağacların çıxarılması ilə bağlı fotolar da öz əksini tapıb. Bildirilib ki, onlar bahalı şam ağaclarıdır.

“Qafqazinfo” iddialarla bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib.

İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələdən xəbərdardırlar. Qeyd edilib ki, həmin ağaclar naməlum şəxslər tərəfindən yerindən çıxarılıb, bununla bağlı polisə müraciət edilib.

Hazırda həmin şəxs və ya şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qurumdan verilən açıqlamada əlavə edilib ki, həmin ağaclar yenidən torpağa basdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir