Cəmiyyət

Bakını bir-birinə vuran motosiklet sürücüsü həbs olundu – FOTO

Sharing is caring!


Ötən gün Bakıda gecə saatlarında motosikleti nömrəsiz və dəbilqəsiz idarə edən avtoxuliqan saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, şəhərin mərkəzi küçə və prospektlərində davamlı olaraq avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü polisin qanuni “saxla” əmrinə tabe olmayıb.

Həmin sürücü aparılan tədbirlər nəticəsində Dövlət Yol Polisinin moto tağımının əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Sürücü Yusif Akif oğlu Cəfərov barəsində toplanan materiallar və video görüntülər Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.Cəfərov 10 sutka müddətinə həbs olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir