Cəmiyyət

AZƏRTAC ilə üç xarici informasiya agentliyi arasında əməkdaşlıq müqavilələri imzalanıb – FOTO

Sharing is caring!


Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi – Bolqarıstanın BTA, Filippinin PNA, Albaniyanın ATA informasiya agentlikləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

“Report” xəbər verir ki, sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Li Ann Pattuqalan imzalayıblar.

Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.

Xatırladaq ki, AZƏRTAC və BTA agentliyi arasında əməkdaşlığa dair ilk sənəd 2004-cü ildə, ATA agentliyi ilə isə 2006-cı ildə imzalanıb. Filippinin PNA İnformasiya Agentliyi ilə ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir