Cəmiyyət

Bakıda gərgin gecə: İntihara cəhd edən qadın ölümün pəncəsindən xilas edildi – VİDEO

Sharing is caring!


Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində bir nəfər üçmərtəbəli binanın sonuncu mərtəbəsinin pəncərəsinə çıxaraq özünü atmaq istəyib. Bununla əlaqədar FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.  Eyni zamanda, binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə verməyib. Bunu görən xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən astaca otağın qapısını xüsusi alətlərlə kəsib otağa daxil olublar. Onlar əlverişli şəraitdən istifadə edərək anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir