İqtisadiyyat Manşetüstü

Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib

Sharing is caring!

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SMART Tələbə kartı” layihəsinin təqdimat mərasimi keçirilib.

XəbərAl.az xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyevin iştirakı ilə baş tutub.

O, bildirib ki, tələbələrin ixtiyarına verilən kart unikal məhsuldur: “Bu kartların paylanması gələcəkdə maliyyə savadlığının artırılması istiqamətində bir addım olacaq. Onlar “MasterCard”la birgə həyata keçirdiyimiz “Nağdsız Azərbaycan” layihəsinin tərkib hissəsidir. Gələcəkdə çalışacağıq ki, digər ali təhsil müəssisələrində və orta məktəblərdə də bu kartlar istifadə edilsin. “Smart tələbə kartı”ndan gələcəkdə ictimai nəqliyyatda istifadə etmək mümkün olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir