Cəmiyyət

Körpəsini zibil qutusuna atan qadına cinayət işi açıldı – VİDEO

Sharing is caring!


İyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, körpəsini zibil qutusuna atan Səbinə Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, uşağın vəziyyətində dəyişiklik yoxdur:

“Körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qalır, göbəyi düşməyib. Qidalanması normaldır, qızdırması yoxdur, ağciyər rentgeni təmizdir. Ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub”.

Qeyd edək ki, iyulun 17-də uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. 

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir