Cəmiyyət

“Mədəniyyət” kanalının 13 yaşı tamam olur

Sharing is caring!


“Mədəniyyət” kanalının yaradılmasından 13 il ötür.

Oxu.Az xatırladır ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal 14 fevral 2011-ci il saat 20:30-da yayıma başlayıb. “Mədəniyyət” kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. “Mədəniyyət” kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də eksklüziv yayım hüququna malikdir.

“Mədəniyyət” TV 1 sentyabr 2014-cü ildə 16:9 təsvir formatlı yayıma keçib.

2018-ci il fevralın 14-dən 24 saatlıq yayım rejiminə başlayıb.

31 may 2021-ci ildən etibarən isə Azərbaycan Televiziyası, İdman TV və “Mədəniyyət” kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilib.

Oxu.Az kollektivi “Mədəniyyət” TV-də işləyən həmkarlarını təbrik edir və onlara bol-bol uğurlar arzulayır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir