Dünya

Ankarada zəncirvari yol qəzası baş verib: 26 avtomobil bir-birinə çırpılıb – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunur ki, yağış səbəbindən sürüşkən olan Konya yolunda baş verən zəncirvari qəzada 26 avtomobil toqquşub. Qəzada 3 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım dəstələri sövq edilib.

Qəzada yüngül yaralanan 3 nəfərə ilkin tibbi müdaxilə edildikdən sonra onlar xəstəxanaya aparılıblar. Bəzi avtomobillər evakuatorlarla qəza yerindən uzaqlaşdırılıb və bir müddət nəqliyyatın hərəkəti nəzarət altına alınıb.

Mənbə: Anadolu Ajansı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir