Cəmiyyət

Dövlət Komitəsi yazı müsabiqəsində Oxu.Az-ın əməkdaşını mükafatlandırıb – FOTO

Sharing is caring!


“Ailə, Qadın və Uşaq məsələləri mediada” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müsabiqəsinə jurnalistlər tərəfindən 36 material təqdim olunub.

Müsabiqədə məişət zorakılığı, gender bərabərliyi, ailə və media, selektiv abortlar və bu kimi digər mövzular öz əksini tapıb.

Tədbirdə bir neçə jurnalistə mükafatlar təqdim olunub. Üç müəllifin yazısı qalib, yeddi material isə ən yaxşı iş kimi yüksək qiymətləndirilib.

Qaliblər sırasında üçüncü yerə “Report” İnformasiya Agentliyinin əməkdaşı Şəfiqə Məlikovanın (Nazimqızı) yazısı layiq görülüb. Ən yaxşı yazı işi kimi seçilən yazılar içərisində isə “Kaspi” qəzetinin əməkdaşı Aygün Əzizin, Oxu.Az xəbər portalının əməkdaşı Könül Cəfərlinin hazırladığı materiallar yer alıb.

Ümumilikdə 10 qalib diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir