Cəmiyyət

Komitə sədri: “Məişət zorakılığı ilə bağlı 34 kişi müraciət edib”

Sharing is caring!


“Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860” dəstək xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib”.

Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, dəstək xəttinə müraciət edən qadınların sayı isə 112 olub.

B.Muradova bildirib ki, daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir