Cəmiyyət

Yüksək sürətlə geriyə hərəkət edən qapısıaçıq avtobus təəccüb doğurdu – VİDEO

Sharing is caring!


Rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus yüksək sürətlə geriyə hərəkət edib.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakı-Qazax yolunun Ələtdən keçən hissəsində qeydə alınan görüntülərdə “Daewoo” markalı, 99-LT-928 dövlət nömrə nişanlı sərnişin avtobusunun yan qapısı açıq formada, yüksək sürətlə geriyə doğru hərəkət etdiyi əks olunub.

Lakin avtobusun içərisində sərnişin olmadığı görünür. Şəbəkə istifadəçiləri videonun şərh hissəsində avtobusda nasazlıq yarandığına görə evakuatora qoşulduğunu qeyd ediblər.

Görüntülərlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən nəqliyyat vasitəsi heç bir təhlükəli vəziyyətə səbəb olmayıb:

“14.07.2023-cü il tarixində Bakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət edən “Daewoo” markalı, 99-LT-928 dövlət nömrə nişanlı sərnişin avtobusunda nasazlıq yaranıb. Bu səbəbdən nəqliyyat vasitəsinin evakuasiyası təyin edilib. Sosial şəbəkələrdə yayılan görüntülər isə avtobusun evakuasiya edilməsi zamanı yayılıb”.

Yayılan videogörüntünü təqdim edirik: 

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir